SON XƏBƏRLƏR
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
Yaponiyada 60 milyon dollar dəyərində kriptovalyuta oğurlanıb
İQTİSADİYYAT 09:57 / 21.09.2018
"Zaif” ktiptovalyuta birjasının yaydığı məlumata görə, 60 milyon dollar dəyərində virtual valyuta oğurlanıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, oğurluğun ötən cümə günü baş verdiyi güman edilir.

Osaka şəhərində yerləşən "Tech Bureau”nun yaydığı məlumata görə, oğurlanan virtual valyutalar arasında "Bitcoin” və daha iki valyuta növü olub. Oğurlanmış valyutanın ümumi həcmindən 40 milyon dollar fərdi şəxslərə, qalanı isə şirkətlərə məxsusdur.

Cari ilin martında və iyununda Maliyyə Məsələləri İdarəsi əməliyyatçıların hesablarını qorumaq üçün tədbirlərin qənaətbəxş olmadığını bildirərək "Tech Bureau”dan əməliyyatları yaxşılaşdırmağı tələb etmişdi.

"Coincheck” adlı digər kriptovalyuta birjası isə, cari ilin martında və yanvarında hakerlərin hücumu nəticəsində ciddi zərər çəkmişdi.

87 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.