SON XƏBƏRLƏR
24 May 2019
23 May 2019
22 May 2019
Vəzifəyə təyin olunmaq üçün 16 min manat verdi
CƏMİYYƏT 16:12 / 18.09.2018

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Xəbər veririk ki, 1981-ci il təvəllüdlü Müşfiq Əhədov (ad şərtidir) müraciətində bildirib ki, bir müddət əvvəl Azadlıq prospekti 233 ünvanında Mehralı adlı tanışına 16 min manat verib. Həmin şəxs pulun qarşılığında M.Əhədovun yaxın qohumu olan Allahyar adlı şəxsi vəzifəyə təyin etdirəcəyinə söz versə də, vədinə əməl etməyib.

M.Əhədov verdiyi pulu geri ala bilmədiyini görərək polisə müraciət edib.

Müraciət əsasında Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsində araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.