SON XƏBƏRLƏR
19 May 2019
18 May 2019
17 May 2019
Hadisə ilə bacısı arasındakı mal-mülk davasına menecerindən İLK AÇIQLMA
MƏDƏNİYYƏT-ŞOU 14:46 / 18.09.2018
Hadisənin meneceri müğənninin bacısı Hülya Açıkgözü məhkəməyə verdiyi iddialarını təkzib edib.

Ulduz 13 ildir Türkiyədə vergi ödəməmək üçün bütün var-dövlətini bacısı Hülya Açıkgözün adına yatırmışdı. Hadisə əmlakını geri almaq üçün məhkəməyə ərizə yazıb.

Bu xəbərlər Tv 2-də yayımlanan "2. Sayfa” verilişində müzakirəyə çıxarılıb. Hadisənin meneceri Haluk Şentürk proqrama telefonla bağlanaraq bəyan edib ki, məlumat yalandır:

"Hadisə ailə üzvlərindən heç kimi məhkəməyə verməyib. Onlar ailədir, ətlə dırnaq ayrılmaz. Elə şeylər yoxdur. Hadisə ilə bacısının şirkəti ayrıdır. Hadisə xanım işə başladığından bəri vergilərini ödəyir".

Xatırladaq ki, Hadisənin meneceri anasının intihar etməsini də təkzib etmişdi, ancaq sonradan fakt öz təsdiqini tapmışdı.

Bütün mal-mülkünü bacısının adına yatıran Hadisəyə anası "Var-dövlətin bacılarınla ortaqdır” deyərək xəbərdarlıq edib. Bundan sonra Hadisə bacısını məhkəməyə verib. Yeni iddiaya görə, Hülya Açıkgöz adına olan mal-mülkü geri qaytarmağa niyyəti yoxdur./publika.az

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.