SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Tuba Büyüküstünə RƏDD CAVABI - FOTO
MƏDƏNİYYƏT-ŞOU 14:17 / 15.09.2018

Aktrisa Tuba Büyüküstün və Onur Saylakın boşanmazdan əvvəl "Duymayan Kalmasın" adlı maqazin verilişinə qarşı açdıqları təzminat tələbini məhkəmə rədd edib.

 Türkiyə mətbuatına istinadən xəbər veririk ki, adıçəkilən veriliş cütlüyün ayrıldığı barədə xəbər hazırladığı və yaydığı üçün aktyorlar onları məhkəməyə vermiş, hətta 50 min TL-lik təzminat istəmişdi.

Verilişin prodüseri Joker Yapımın vəkili Hayati Şahin məhkəmədə bildirib ki, proqramda tərəflərin ayrılacağı və həyatlarında başqa adamlar olduğuna dair iddialar gündəmə gətirilmişdi. Şikayət ərizəsinin mürəkkəbi qurumamış tərəflər boşanıblar. Verilişdə yayımlanan açıqlamaların həqiqətə uyğun olduğu sübuta yetirilib.

Odur ki, məhkəmə ulduzların şikayət ərizəsini rədd edib.


139 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.