SON XƏBƏRLƏR
23 Aprel 2019
22 Aprel 2019
21 Aprel 2019
Sumqayıt polisi bu qızı axtarır - FOTO
CƏMİYYƏT 09:22 / 11.09.2018
Sumqayıt şəhərində yeniyetmə qız itkin düşüb.

Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Şahanə Xalid qızı Baxşıyeva altı gün bundan əvvəl, təqribən, axşam saatlarında yaşadığı Kimyaçılar qəsəbəsindəki evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu təqribən 150 sm, orta bədən quruluşlu, uzunsov sifət, qarayanız, şabalıdı saçlı, qara qaşlı, gözlərinin rəngi qonurdur.

Evdən çıxarkən əynində ağ gülləri olan qırmızı kofta, qara şalvar və ayağında ağ rəngli idman ayaqqabısı olub.

Bu barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, (018) 65 302-02 və (050) 614-46-56 telefon nömrələri ilə əlaqə saxlasınlar. ("Report”)





    Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
    Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
    İctimai Birliyinin sədri Əsgər Məmmədov
    Tel: 012 566 28 48
    Mobil: 055 485 68 08
    İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.