SON XƏBƏRLƏR
13 Noyabr 2018
12 Noyabr 2018
11 Noyabr 2018
“Florens” qasırğası ABŞ-ın cənub-şərq sahillərinə yaxınlaşır
DÜNYA 13:54 / 10.09.2018
Atlantik okeanı hövzəsində bu il sayca altıncı olan "Florens” tropik fırtınası bazar günü qasırğaya çevrilib və get-gedə güclənməkdədir.

Hazırda qasırğa saatda 140 kilometr sürətlə irəliləyir. Gözlənildiyinə görə, növbəti iki gün ərzində qasırğanın şiddəti 3-cü kateqoriyaya çatacaq. Mayamidəki Mili Qasırğalar Mərkəzinin meteoroloqlarının verdiyi məlumata görə, "Florens” qasırğası Şimali və Cənubi Karolina ştatlarının sərhədinə doğru hərəkət edir.

Şimali Karolina ştatının qubernatoru Roy Kuper ştat sakinlərinə xəbərdarlıq edib ki, qasırğa sahilboyu ərazilərdə çox böyük dalğalar və təhlükəli axınlar yaradır. Bu arada Atlantikada yeni fırtınalar formalaşmaqdadır. Əgər onlar şiddətlənərək tropik fırtınalara çevrilsə, yeni fırtınaların adları "Helen” və "Ayzek” olacaq. Gücünə görə qasırğaya bərabər olan "Helen” artıq gələn həftə Karib hövzəsinə çata bilər. (AZƏRTAC)

171 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.