SON XƏBƏRLƏR
13 Noyabr 2018
12 Noyabr 2018
11 Noyabr 2018
İranın raket zərbəsi zamanı ölən kürd terrorçular - FOTO - VİDEO
DÜNYA 11:19 / 10.09.2018

İranın İraq ərazisində kürdlərə məxsus mənzil qərargahını vurması nəticəsində terror qruplaşmasının aparıcı simaları zərərsizləşdirilib. FaktXəbər bildirir ki, "İran Kürdüstanı Demokratik Partiyası"nın Soheila Qaderi və Haşim Əzizi adlı iki lideri, Faruk Həsən Xəyyat adlı peşərgəsi (ordu komandiri), o cümlədən Mokhtar Ghatpour, Hayri Makarim (Şeyxani) və Nəsrin Həddad adlı aparıcı simaları ölüb. 

Rəsmi məlumata əsasən, İran ordusunun raket hücumu nəticəsində azı 9 terrorçu ölüb, 40- nəfər isə yaralanıb.

Qeyd edək ki, İran İnqilab Keşikçilər Korpusu (Sepah) öz ərazisindən İraqın şimal şərqində Key Sancak yaşayış məntəqəsində yerləşən "İran Kürdüstanı Demokratik Partiyası"nın mənzil qərargahına raket hücumu həyata keçirmişdi. 3 il öncə yenidən fəaliyyətə başlayan İKPD üzvləri başqa terrorçu kürd qruplaşmaları ilə birlikdə İranla sərhəddə sərhədçilərə  hücumlar təşkil edirlər.



140 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.