SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Zaqatalada baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb
ARAŞDIRMA 21:39 / 08.09.2018

Zaqatala rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb. Sentyabrın 5-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızının doğuş zamanı ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

Başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, sentyabrın 5-də Zaqatalanın Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saalarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Mərhumun yaxınlarının bildirdiyinə görə, S.Karatova narkozdan ayılmayıb.

Körpənin vəziyyəti normaldır.

Qeyd edək ki, S.Karatovanın yaşyarımlıq oğlu da var.(Report)


249 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.