SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Vladimir Putin Azərbaycana səfər edəcək
SİYASƏT 10:42 / 07.09.2018
Rusiya prezidenti Vladimir Putin cari ilin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana səfər etməyi planlaşdırır. Bunu "İzvestiya" qəzetinə Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov deyib.

Y.Uşakov bildirib: "Sentyabrın sonunda Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək. Bundan başqa, 27-28 sentyabrda dövlət başçısı Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələri liderlərinin görüşündə iştirak edəcək. Oktyabr ayı üçün Vladimir Putinin Özbəkistana səfəri planlaşdırıb".

Bundan başqa, Uşakovun sözlərinə görə, Rusiya ilin sonuna qədər RF, Azərbaycan və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit qəbul edəcək: "Görüşü keçirmək üçün bizim növbəmizdir. Həmkarlarımızla onlar üçün nə vaxt rahat olduğunu müzakirə edəcəyik".(Trend)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.