SON XƏBƏRLƏR
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
“Bakı Kristal zalı” 10 milyon zərər edib
SİYASƏT 10:22 / 07.09.2018

"Bakı Kristal zalı” MMC 2017-ci ili 10 milyon 460 min manat zərər ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 35,5% çoxdur. MMC 2016-cı ili 6 milyon 747 min manat zərər ilə bağlamışdı.

Məlumata görə, bu rəqəm MMC-nin maliyyə hesabatında yer alıb. Hesabata görə, "Bakı Kristal zalı”nın 2017-ci ildə cəmi əməliyyat gəliri 2016-cı illə müqayisədə 4 dəfə artaraq 369 min 481 manata yüksəlib. MMC 2016-cı ildə 91 min 124 manat cəmi əməliyyat gəliri əldə etmişdi.

"Bakı Kristal zalı”nın cəmi əməliyyat xərcləri isə 58% artaraq 10 milyon 830 min  manat təşkil edib. Xərclər gəlirləri kəskin üstələdiyindən "Bakı Kristal zalı” zərərdədir.

Ötən ilki xərclərin dəyişməz qalacağını hesab etsək, "Bakı Kristal zalı” xərclərini bağlamaq üçün cəmi gəlirlərini 30 dəfə artırmalıdır. Nəzərə alsaq ki, gəlirlərin artırılması xərcləri də artırır. Belə olan halda MMC daha böyük məbləğlərdə gəlirlər hədəfləməlidir.

Hazırda "Bakı Kristal zalı” MMC  xərclərini dövlətin ayırdığı sərmayəsindən qarşılayır.


79 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.