SON XƏBƏRLƏR
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
Şengen zonasına getmək istəyənlər üçün YENİ QAYDALAR: Cəmi 7 avro verərək...
SİYASƏT 09:16 / 07.09.2018
Avropa Birliyi Şurası 26 ölkədən ibarət Şengen bölgəsi haqqında yeni qaydaları təsdiqləyib.

Yeni qaydalara görə, Şengen bölgəsinə girişində viza tətbiq edilməyən ölkələrin vətəndaşlarına səyahət üçün icazə kağızı tələb ediləcək. Səyahət etmək istəyən şəxs 7 avro verərək internetdə qeydiyyatdan keçməlidir.

Viza sərbəst olan ölkələrin vətəndaşları isə bu qərardan heç də məmnun görünmür. Buna baxmayaraq, rəsmi qurumlar yeni qaydanın təhlükəsizliyin qorunmasına xidmət etdiyini bildirir.

Yeni sistemə görə, AB məkanında vizasız səyahət edəcək bütün şəxslər internetdə 7 avro müqabilində onlayn qeydiyyatdan keçməlidir.

Ancaq məsələ təkcə 7 avro ödəməklə bitmir. Səyahət icazəsi almaq üçün şəxs şəxsiyyətini təsdiqləyən sənəd, səyahət sənədləri, qalacağı ünvan, əvvəllər məhkum olub-olmaması, olduğu ölkələr, AB ölkələrindən deport edilib-edilməməsi kimi çoxsaylı suallara cavab verməlidir.



Daha sonra bu məlumatlar sistemdəki məlumatlarla qarşılaşdırılacaq və bundan sonra şəxsə səyahət icazəsi veriləcək.

2021-ci ildə icraya yönəldiləcək qərara görə, icazə 3 il üçün keçərli olacaq.

Xatırladaq ki, Şengen zonasına bu ölkələr daxildir: Belçika, Avstraliya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Latviya, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Lixtenştayn.

Ümumilikdə 60-dan çox ölkənin vətəndaşı Şengen zonasına vizasız səyahət etmək imkanına malikdir. Bundan sonra isə onlar bunun üçün icazə alacaqlar.

Avropa Birliyinə daxil olmasalar da, İslandiya, Norveç, İsveçrə vtəndaşları da Şengen bölgəsində sərbəst səyahət etmək imkanına malikdir.


76 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.