SON XƏBƏRLƏR
15 Dekabr 2018
14 Dekabr 2018
Millimizin futbolçusu Almaniyada 24 metrdən qol vurdu - VİDEO
İDMAN 16:30 / 02.09.2018
Millimizin futbolçusu Dmitri Nəzərov Almaniya 2-ci Bundesliqasında növbəti qolunu vurub.

Sentyabrın 7-də Kosovo, 10-da Malta ilə oyunlara çağırılmış Nəzərov Millətlər Liqası matçları öncəsi klubunda cari mövsüm qol hesabını açıb.

Belə ki, o, çıxış etdiyi "Ertsqebirqe” klubu ilə IV turda səfərdə "İnqolştadt”a qarşı oynayıb. Aue təmsilçisi 79-cu dəqiqəyədək hesabda geridə olduğundan meydana Nəzərov buraxılıb. O, həmin dəqiqə Zören Bertramı əvəzləyib və 90-cı dəqiqədə 24 metrdən gözəl qola imza atıb. Bununla belə, onun komandasının bundan artığına gücü çatmayıb və 2:3 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, hazırda "Ertsqebirqe” bir xalla XVI sırada qərarlaşıb. (Oxu.Az)


78 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.