SON XƏBƏRLƏR
15 Dekabr 2018
14 Dekabr 2018
“Eurovision 2019” hansı şəhərdə baş tutacaq?
MƏDƏNİYYƏT-ŞOU 10:04 / 02.09.2018

"Eurovision 2019” mahnı müsabiqəsinin hansı şəhərdə keçirləcəyi yaxın günlərdə mətbuata elan olunacaq.

Xarici mətbuata istinadən xəbər veririk ki, müsabiqə təşkilatçıları ötən 2 gün ərzində Qüdsdəki Pais Arenasını və Təl-əvivdəki Konqres Mərkəzinə baxıb. İlk üçlüyə daxil olan Eylat şəhərinin adı isə siyahıdan çıxarılıb.

2019-cu ildə Avropanın ən böyük yarışmasının keçiriləcəyi yer və şəhərin haqqında yekun qərarın tezliklə verilməsi gözlənilir. Ev sahibinin Təl-Əviv, ya da Qüds olması gələn həftə açıqlanacaq.

Xatırladaq ki, bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Eurovision-2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta adlı ifaçı olub.


88 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.