SON XƏBƏRLƏR
19 Sentyabr 2018
18 Sentyabr 2018
17 Sentyabr 2018
Hərbi zavodda GÜCLÜ PARTLAYIŞ - Ölənlər var
ARAŞDIRMA 14:11 / 31.08.2018

Rusiyanın Nijeqorod vilayətində Sverdlov adına hərbi zavodun sexlərindən birində texnoloji proses zamanı partlayış baş verib.

TASS agentliyinə istinadən xəbər veririk ki, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 3 nəfərin taleyi naməlumdur.

"Dəqiqləşdirilmiş informasiyaya görə, partlayış nəticəsində üç insan həlak olub. Bundan başqa, üç insanın taleyi aydınlaşdırılır”, - mənbə deyib.

Regionun tibbi xidmətlərindən bildiriblər ki, fövqəladə hadisə zamanı 4 nəfər yaralanıb.

Regionun hüquq-mühafizə orqanlarındakı mənbə daha əvvəl bildirib ki, sexlərdən birində ammonal maddəsinin partlayışı baş verib.

"İlkin səbəb texnoloji prosesin pozulmasıdır. Partlayışdan sonra yanğın baş verib. Hadisə yerində yanğınsöndürənlər işləyir”, - mənbə əlavə edib.

Hazırda zavodun binası mühasirəyə alınıb.


240 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.