SON XƏBƏRLƏR
15 Dekabr 2018
14 Dekabr 2018
Dollarla krediti olanlara - VACİB XƏBƏR - VİDEO
İQTİSADİYYAT 10:55 / 28.08.2018

Dollarla götürülən kreditlər əvvəlki kursla manatla qaytarıla bilər. Bununla bağlı Apelaysiya Məhkəməsi Konstitusiya Məhkəməsinə sorğu göndərib. Bu qanunvericilikdə təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi şərtinin Konstusiya Məhkəməsi tərəfindən necə şərh olunmasından asılıdır. Məsələnin maraqlı detalları var. Əməkdaşlarımız mövzunu araşdırıb.

Xarici valyuta ilə o cümlədən dollarla götürülən kreditlərin manatla, özü də kreditin götürüldüyü vaxtdakı kursla qaytarılması qanunla mümkün ola bilər. Bu qanunvericilikdəki bir maddənin şərhi və tətbiqndən asılıdır. Söhbət Mülki Məcəllənin 422-ci yəni "Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi" maddəsindən gedir.

Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə həmin maddənin şərh edilməsini xahiş edib.

Belə ki, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsi qarşısında 3 sual qoyub:

1. Mülki dövriyyə iştirakçılarının bərabərliyi prinsipindən yanaşıldıqda milli valyutanın devalvasiyası kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilərmi?

2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kredit münasibətlərində tətbiq edilə bilərmi?

3. Bu əsasla ləğv edilmiş müqavilənin nəticələri hansı qaydada tənzimlənməlidir?

Məsələ ilə bağlı vəkil Anar Ramazanov bildirir ki, verilən sualların şərhi həm vətəndaşlar tərəfindən, həm də banklar nöqteyi nəzərdən çox önəmlidir. Çünki, bu maddənin birtərəfli şərhi birbaşa qarşı tərəfin hüquqlarının pozulmasına gətirib çıxarır.

Anar Ramazanov bildirir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi yanaşması digər məhkəmə mübahisələrində geniş istifadə olunur.

Qeyd edək ki, müraciət bu ilin may ayının 30-da Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev tərəfindən imzalanaraq Konstitusiya məhkəməsinə göndərilib.

Konstitusiya Məhkəməsindən Xəzər Xəbərə verilən məlumata görə məhkəməyə bu məzmunda müraciət daxil olub və hakimlərin plenumunda müzakirə edilib. Hakimlər müşavirə otağına gediblər və məsələ ilə bağlı yaxın zamanda yekun qərarın qəbul edilməsi və ictimaiyyətə açıqlanması nəzərdə tutulur.



85 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.