SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Məşhur müğənninin konsertində YUMRUQ DAVASI
MƏDƏNİYYƏT-ŞOU 16:43 / 27.08.2018

Türkiyənin məşhur simalarından olan, pop musiqi janrının əvəzsiz ifaçısı Kənan Doğulunun konsertində yumruqlar havada uçuşub. "Bu konsert Kənana uğur gətirmədi" deyə fikirlər yayılmağa başlayıb.

Bir ay fasilə ilə Türkiyənin Alaçatı bölgəsinin ən lüks çimərliklərindən birində konsert proqramı ilə fanatlarını sevindirən Kənan Doğulu talesiz davaların qurbanı olub. Belə ki, səhnədə ard-arda iki böyük dava düşüb.

Onlardan ən çox danışılanı isə elit təbəqənin playboy kimi tanıdığı Hakan Sabancı oğlunun"çiynimə toxundu" deyərək bir başqa tamaşaçı ilə əlbəyaxa olması idi. Konsert proqramını ayaq üstə dinləmək üçün belə 5 min türk lirəsi verən kənansevərlər konsertdən olduqca məyus ayrılıb.

Mühafizəçilər onları ayırmağa çalışsa da, Hakan Sabancı oğlu və digərləri stol üzərində olan şüşələri, stəkanları ətrafa ataraq gərginlik yaradıblar. Çətinliklə də olsa onların hər ikisi ərazidən uzaqlaşdırılıb.

Kənan Doğulu isə konsert sonrası yaşananlar haqqında açıqlama verməkdən imtina edib./publika.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.