SON XƏBƏRLƏR
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
Gəncədə çoxmərtəbəli binada yanğın: Zəhərlənənlər var
HADİSƏ 19:19 / 25.08.2018
Gəncədə çoxmərtəbəli binada yanğın olub.

Hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsi, 48A ünvanında qeydə alınıb.

Alov 5 mərtəbəli binanın beşinci mərtəbəsində yerləşən Günay Abdullayevaya məxsus 103 kvadratmetrlik beş otaqlı evdə meydana gəlib. Mənzilin bir otağında 12 kvadrat metrlik sahə yanıb.

Dərhal hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Sakinlər təxliyə edilib, alov söndürülüb. Tüstüdən zəhərlənən sakinlərə ilkin yardım göstərilməsi üçün hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.