SON XƏBƏRLƏR
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
Dolların faizi qalxacaq - ABŞ Mərkəzi Bankından önəmli açıqlama
İQTİSADİYYAT 13:47 / 25.08.2018

ABŞ Mərkəzi Bankının (FED) sədri Jerom Povel ölkə iqtisadiyyatının güclü olduğunu və daha da inkişaf etməsi, böyüməsini dəstəkləmək üçün faizləri qaldıracaqlarını açıqlayıb.

Povel "axırıncı dəfə Federal Açıq Bazar Komitəsinin hesabatına görə, gəlirlər və biznes sahəsindəki inkişaf davam edərsə, federal pul vəsaitləri üçün hədəf aralığı səviyyəsinin tədricən artması ehtimal olunur” – deyə, bildirib.

O, iqtisadiyyatlarının güclü olduğunu, inflyasiyanın isə hədəflərində olan 2%-ə yaxınlaşdığını qeyd edib. Bu o deməkdir ki, ABŞ-da işləmək istəyən insanların əksəriyyəti iş tapa bilər. J.Povel vurğulayıb ki, özü və həmkarları məlumatları daim izləyir, güclü əmək bazarı və inflyasiyanın 2% dərəcəsində saxlanmağı üçün iqtisadi siyasət planlaşdırırlar./AzNews.az


94 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.