SON XƏBƏRLƏR
19 Sentyabr 2018
18 Sentyabr 2018
17 Sentyabr 2018
Maşın nəvəsindən ayrılmaq istəməyən nənəni arxasınca sürüyüb
HADİSƏ 10:12 / 18.08.2018

Mingəçevir şəhərinin mərkəzində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 "report"-a istinadən bildiririk ki, həyat yoldaşından ayrılan xanım övladını özü ilə aparmaq istədiyi zaman qayınanasının müqaviməti ilə üzləşib.

Şəhər sakini olan 1971-ci il təvəllüdlü Həşimova Gülnarə Rəsul qızı əli ilə nəvəsinin olduğu maşının qapısından tutub. Lakin markası hələlik məlum olmayan avtomobilin sürücüsü buna məhəl qoymayaraq maşını hərəkətə gətirib. Bu zaman əli necəsə maşına ilişib qalmış qadın avtomobilin arxasınca sürüklənib. Avtomobil hadisə yerindən uzaqlaşıb, qadın isə yıxılaraq yerdə qalıb. Nəticədə ağır bədən xəsarətləri alan G.Həşimova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


62 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.