SON XƏBƏRLƏR
15 Dekabr 2018
14 Dekabr 2018
46 yaşında göz qamaşdıran Dəfnə Samyeli ideal çəkidə qalmağının SİRLƏRİNİ AÇDI - FOTO
MƏDƏNİYYƏT-ŞOU 17:53 / 17.08.2018

İdeal bədən quruluşu ilə qadınların dilindən düşməyən türkiyəli aktrisa və aparıcı Dəfnə Samyeli ideal çəkisini qorumağın sirlərini açıqlayıb.

Regioninfo.az xəbər verir ki, 46 yaşlı məşhur heç vaxt ac qalmadığını deyib.

"Hər şey yeyirəm və içirəm. Sadəcə balanslı yaşamağı sevirəm. Bir neçə gün şəkər, xəmir, qızartma yeməklər yedimsə, bir neçə gün proteinli qidalar yeyirəm. Yemək yeməyi sevdiyim üçün nəzarət mexanizmim yoxdur. Özümü tanıyadan arıq olmuşam. Olmasam belə, arıqlamaq üçün diqqət edərdim. Ən çox sağlamlıq üçün. Gecə yarısı yemək yeyəcəyim vəziyyətlər olur. Həmişə gec yatıram. Acısam, yeyirəm. Ancaq yedikdən dərhal sonra yatmıram. Ac yaşamıram. Səs tellərimi qorumaq üçün mədə turşusunu artıran qidalardan uzaq dururam. Bir də heç siqaret çəkmirəm. Tez əzələ yığa bilirəm. vücudum kimi üz əzələlərimi də məşq etdirirəm. Buna 15 il öncə başladım”-, Samyeli deyib.

Qeyd edək ki, 46 yaşlı aktrisanın 22 və 16 yaşında Derin ve Deren adlı iki qızı var. Dəfnə hazırda məşhur şoumen Cem Yılmazla sevgilidir.



194 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.