SON XƏBƏRLƏR
23 Aprel 2019
22 Aprel 2019
21 Aprel 2019
Serj Sarkisyan da istintaqa cəlb olunacaq
CƏMİYYƏT 18:40 / 16.08.2018
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da 1 mart hadisələri ilə bağlı istintaqa cəlb olunacaq.

Xəbər veririk ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan deyib.

"Dəfələrlə bildirmişik ki, 1 mart hadisələri ilə bağlı olan hər kəs dindiriləcək, həmçinin, Serj Sarkisyan”, - deyə o bildirib.

Qeyd edək ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda onlarla insanın ölümünə səbəb olan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi açılıb. Həmin vaxt prezident olan Robert Koçaryan həbs edilib, həmçinin, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov haqqında cinayət işi açılıb. Xaçaturov pul girovluğu qarşılığında azad edilib, lakin üzərindəki cinayət işi hələ də davam edir. Robert Koçaryan da bir müddət həbsdə qaldıqdan sonra azad olunub. Hazırda cinayət işi davam edir.
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.