SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Polis Rihannanın evinə helikopterlə basqın etdi - FOTOLAR
MƏDƏNİYYƏT-ŞOU 12:18 / 15.08.2018

Dünyaca məşhur müğənni Rihannanın ABŞ-ın Los Anceles şəhərində yerləşən evinə polis basqını olub.

Xəbər veririk ki, 30 yaşlı barbaroslu müğənninin evində təhlükəsizlik siqnalları işə düşüb. Lakin bu vaxt Rihanna evində deyil, Londonda bir gecə klubunda olub.

Bölgəyə helikopterlərlə gələn polislər evin ətrafını blokadaya alıb. Polislərin bu təlaşına səbəb isə tez-tez məşhurun evinə pərəstişkarlarının hücum etməsi olub.

Qeyd edək ki, may ayında məşhur müğənniyə təcavüz etmək üçün onun evini müşahidə edən Eduardo Leon adlı 27 yaşlı pərəstişkarı Rihanna evdə yoxkən onun evinə girib və orda 12 saat qalıb. O, şəxsi mülkə icazəsiz girmək, oğurluq, mala zərər vermə, polisə müqavimət ittihamları ilə həbs edilib.

Leon polisə ifadəsində "Rihanna ilə sevgiliyik. Az öncə sevişdik” sözlərini deyib


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.