SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
14 Avqust 2018
Ərdoğandan SON DƏQİQƏ dollar açıqlaması: "Yastığının altında qızılı olan varsa..."
DÜNYA 16:32 / 10.08.2018

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə lirəsinin kursunun dollar qarşısında bahalaşmasına dair açıqlama verib.

Xəbər verilir ki, Ərdoğan xalqı narahat olmamağa çağırıb:

"Dollar-mollar bizim yollarımızı kəsməz, heç narahat olmayın. Buradan təkrar söyləyirəm, yastığının altında qızılı, qiymətli kağızları olan varsa, onu nəğdə çevirsin. Bu, yerli və milli bir mübarizədir. Bizə qarşı iqtisadi müharibə elan edənlərə mənim millətimin cavabı bu olacaq. Bu gün deyil də, nə zaman? Yerli pulumuzla onlara cavab verək!”.

Qeyd edək ki, ABŞ Türkiyədə həbsdə saxlanılan amerikalı rahib Endryu Bransonun ittiham edilməsində payı olan Türkiyənin daxili işlər və ədliyyə nazirinə qarşı sanksiya tətbiq edib, həmçinin Türkiyə iqtisadiyyatına zərbə vuracaq işlər görüb.


52 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.