SON XƏBƏRLƏR
18 Oktyabr 2018
17 Oktyabr 2018
16 Oktyabr 2018
Çində mağazada baxış vasitəsilə alış-veriş etmək mümkün olacaq
DÜNYA 14:39 / 10.08.2018
Çində "Taobao" internet mağazası "Microsoft HoloLens" ilə birgə "Taobao MT Buy" adlı əlavə reallıq eynəyinin köməyilə alış-veriş etməyə imkan verəcək.

AZƏRTAC "Sinxua” agentliyinə istinada xəbər verir ki, eynək cari ilin sentyabrında satışa çıxarılacaq. Alıcılar eynəyi əl və gözlərin hərəkəti ilə idarə edə biləcək. Bundan başqa, eynək məhsulun mövcudluğunu və qiymətini, həmçinin mümkün çatışmazlığı və rəyləri göstərəcək.

"Taobao" öz alıcılarının həyatını asanlaşdırmaq istəyən yeganə internet mağazası deyil. Məsələn, "Amazon" şirkəti artıq satıcısız işləyən ticarət şəbəkəsini istifadəyə verib. Müşahidə kameraları alıcılar tərəfindən rəflərdən götürülmüş lazımi məhsulları kassada verilən məhsul qəbzinə avtomatik əlavə edir.

75 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.