SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
Baş baytar: İsmayıllıda heyvanların süd vəzilərini yırtıcılar qopara bilər - AÇIQLAMA - VİDEO
ARAŞDIRMA 13:54 / 09.08.2018
İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin naməlum şəraitdə kəsilməsilə bağlı vəziyyət nəzarətə götürülüb.

Xəbər veririk ki, bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev deyib.

Onun sözlərinə görə, artıq həmin əraziyə ciddi nəzarət olunur: "Girk kəndində iribuynuzlu heyvanların döşlərinin kəsilməsi barədə məlumat daxil olub. Dərhal əraziyə baxış keçirilib və zədələnmiş heyvanlardan qan analizləri götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Yaxın günlərdə müayinələrin cavabları məlum olacaq. Hazırda ərazidə vəziyyət sabitdir. 2-3 gündən bir bu cür hadisələr baş verir. Ümumilikdə 17 iribuynuzlu heyvanda bu cür hal aşkar edilib. Ərazidə dezinfeksiya işləri aparılıb".

B.Şahalıyev deyib ki, bu prosesdə nə xəstəlikdən, nə də insan faktorundan söhbət gedə bilməz: "Bu vəhşi heyvanların iribuynuzlu heyvanlara hücumu ola bilər. Heyvanlar çöl şəraitində otlayarkən, yatarkən döş nahiyələri yırtıcı heyvanlar tərəfindən qoparılıb. Hadisə yerində qan izləri də aşkarlanıb".

Qeyd edək ki, mövzu ilə bağlı xəbəri "Xəzər Xəbər" işıqlandırmışdı.
Həmin videomaterialı təqdim edirik:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.