SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Naxçıvan televiziyası rus dilində xəbər yayımına başlayıb
CƏMİYYƏT 18:14 / 08.08.2018
Naxçıvan Dövlət Televiziyası avqustun 7-dən etibarən xəbərlərin rus dilində yayımına başlayıb.

 AZƏRTAC-a istinadən xəbər verir ki, hər həftənin çərşənbə axşamı saat 21:00-da efirə təqdim olunan "Xəbərlər” proqramında həftə ərzində muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında baş verən hadisələr rusdilli auditoriyaya təqdim olunacaq. Xəbərlərin rus dilində yayımı muxtar respublikanın daha geniş məkanda tanıdılmasına, informasiya blokadasının tam yarılmasına, turizm imkanlarının daha geniş şəkildə təbliğinə xidmət edəcək.

Qeyd edək ki, ötən ildən etibarən Naxçıvan Dövlət Televiziyasında hər həftənin bazar ertəsi günü saat 21:00-da "Xəbərlər”in ingilis dilində yayımı da həyata keçirilir.

82 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.