SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Yaponiyada 150-dən çox aviareys təxirə salınıb
DÜNYA 17:13 / 08.08.2018
Avqustun 8-də Yaponiyaya yaxınlaşan "Şanşan” tufanına görə ən azı 156 aviareys təxirə salınıb.

Yaponiyada sayca "13 nömrəli” adlandırılan "Şanşan” tufanı hazırda paytaxt Tokioya yaxınlaşır.

Yaponiya Meteorologiya Agentliyindən bildirilir ki, paytaxt yaxınlığında yerləşən Çiba prefekturasında 100 mindən çox sakin təxliyə barədə xəbərdarlıq alıb. Onlara təxliyə məqsədilə hazırlanmış xüsusi mərkəzlərə getmək tövsiyə olunub.

Sakit okeandan Yaponiyanın mərkəzi Hönşü adası istiqamətində irəliləyən tufanın avqustun 8-dən 9-na keçən gecə Çiba və İbaraki prefekturalarına çatacağı gözlənilir. Tufanın paytaxta avqustun 9-da günorta saatlarında çatacağı bildirilir. Artıq Çiba və İbaraki prefekturalarında, həmçinin Tokioda aramsız yağışlar başlayıb. Hava şəraitinin pisləşməsi səbəbindən Tokionun mərkəzində təqribən 600 evə elektrik enerjisinin verilişi kəsilib. (AZƏRTAC)

97 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.