SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Azərbaycanda məşhurlaşan əcnəbi aktrisa ərə getdi - FOTO
MƏDƏNİYYƏT-ŞOU 21:14 / 08.08.2018

Rusiyalı aktrisa Alesa Kaçerlə aktyor Vaxtanq Beridzenin toyu Minsk şəhərində baş tutub.

Cütlük xoş gününə 150 nəfər dəvət edib. Kaçerlə Beridzenin toyunda Rusiya, Belarus, Gürcüstan, Ukrayna, Latviya, ABŞ, Kipr və s. ölkədən qonaqlar iştirak edib.

Cütlüyün "Kartuli" rəqsi toya xüsusi rəng qatıb. Ən təsirli an isə Kaçerin həyat yoldaşı üçün ifa etdiyi mahnı olub. Belə ki, mahnının sözlərini aktrisa özü yazmışdı.

Hazırda Alesa və Vaxtanq Rusiyada yaşamağı planlaşdırırlar.

Qeyd edək ki, aktrisa Alesa Kaçer 2011-ci ildə rejissor Rövşən İsaxın "Aktrisa" filmində baş rollardan birini ifa etmişdi və ölkəmizdə yetərincə populyarlıq qazanmışdı.

163 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.