SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Trampın ulduzu səsverməyə çıxarılacaq
DÜNYA 20:33 / 08.08.2018

ABŞ prezidenti Donald Tramp səsverməyə çıxarılacaq.

Xəbər verilir ki, Hollivud şəhərində yerləşən "Ulduzlar küçəsi”ndə Donald Trampın adına yazılı olan ulduz götürülə bilər. Səsvermə də məhz bunun üçün Şəhər Şurası tərəfindən aparılacaq.

Səsvermədə Trampın əleyhinə səs çoxluğu qeydə alınarsa, o, "Ulduzlar küçəsi"ndən adı götürülən ilk ABŞ prezidenti və ilk məşhur şəxs olacaq.

Səsvermə tələbi Hollivud Şəhər Şurası, Los Anceles Bələdiyyə Məclisi və Hollivud Ticarət Ofisi tərəfindən qəbul edilib.

Qeyd edək ki, prezident Trampın "UIduzlar küçəsi”ndəki ulduzu iki həftə öncə Austin Kla adlı şəxs tərəfindən dağıdılmışdı. O, ulduzu gitarı ilə bilməyərəkdən dağıtdığını hadisə yerinə çağırdığı polislərə bildirmişdi.


138 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.