SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Tovuzda minaya düşərək ayağını itirən uşaq Bakıya gətiriləcək
CƏMİYYƏT 16:37 / 08.08.2018

Tovuz rayonunun Əlibəyli kəndində minaya düşərək sol ayağını itirən 14 yaşlı Elgün Hüseynovun vəziyyəti stabildir.

Bu barədə  Tovuz rayon Mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov məlumat verib.

Onun sözlərinə görə, ötən gün E.Hüseynovu müayinə etmək üçün Bakıdan briqada gəlib:

"Onlar da xəstəni müayinə etdilər, məsləhətlərini verdilər. Hazırda reanimasiyadadır, aldığı xəsarətə görə vəziyyəti orta ağır dəyərləndirilir. Lakin dünənlə müqayisədə nisbətən yaxşıdır. Elgün Hüseynovun vəziyyəti tam stabilləşəndən sonra müayinə üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndəriləcək”.

Baş həkim bildirib ki, hadisə zamanı xəsarət alan 24 yaşlı Elşən Mehdiyevin vəziyyəti daha yaxşıdır.

"Onun müalicəsi davam etdirilir. Yaxın zamanda evə buraxıla bilər”.

Qeyd edək ki, hadisə Tovuz rayonunda Azərbaycan-Ermənistan cəbhə xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həmin yerlərdə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib.


150 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.