SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
14 Avqust 2018
Daha 90 min nəfərin pensiyası artırıla bilər - AÇIQLAMA - VİDEO
CƏMİYYƏT 10:41 / 08.08.2018

Azərbaycanda 35 min nəfərin pensiyası artırılıb. Daha 90 min nəfərin belə bir imkanı var.

Məlumata görə, yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş və hazırda da işləyən 35 minə yaxın şəxsin pensiyası orta hesabla 137,5 manat artırılıb. Bu artım ötən il "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikiliklərə əsasən mümkün olub.

Qanuna əsasən şəxsin fərdi uçot sistemindəki fərdi hesabında 6 ildə ödənilən sosial sığorta haqqı müqabilində toplanan pensiya kapitalı 72-yə bölünərək onun pensiyasının üzərinə əlavə olunur. Yenidən hesablanma hər 6 ildən bir həyata keçiriləcək.

Əvvəlki qanunvericilikdə bu qayda pensiya yaşından sonra işləyənlərin bu üstünlükdən istifadəni məhdudlaşdırırdı.

Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirinin müavini Eyvaz İsmayılov qeyd edib ki, hazırda pensiya yaşına çatmış 125 min nəfərdən 35 min nəfəri bu hüquqdan istifadə edib. Geridə qalan şəxslər də bundan yararlana bilərlər.



40 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.