SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
Kirayələdiyi “Lamborghini” ilə dörd saata 33 dəfə cərimələndi
DÜNYA 17:25 / 07.08.2018
Böyük Britaniya vətəndaşı olan 25 yaşlı turist Dubayda "Lamborghini Huracan” markalı avtomobili kirayəyə götürüb və dörd saat ərzində 33 dəfə sürət həddini aşıb. Məlumatlara görə, sürücü saatda 240 kilometr sürətlə hərəkət edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı "The National” nəşri məlumat yayıb.

"Saeed Ali Rent” şirkətinin məlumatına görə, onlar avtomobili kirayəyə verdikdən bir gün sonra cərimələrlə bağlı bildirişlər almağa başlayıb. Cərimələrin ümumi məbləği 175 min dirhəm (təxminən 47 645 ABŞ dolları) olub. Lüks avtomobilin iki günlük kirayəsi isə turistə 6 min dirhəmə (təxminən 1634 dollara) başa gəlib.

Şirkət cərimələri ödəyənədək avtomobili turistdən geri götürməməklə bağlı qərar qəbul edib. Çünki avtomobil geri qaytarılsa, cərimələri şirkət ödəməli olacaq.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.