SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Ruhani ABŞ-a OD PÜSKÜRDÜ: "3 ay sonra..."
SİYASƏT 10:12 / 07.08.2018

İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyaların ardınca dövlət televiziyasına verdiyi açıqlamada bu addımı sərt şəkildə qınayıb.

xəbər veririk ki, Ruhani ABŞ prezidenti Donald Trampın birbaşa görüş çağırışının Amerikanın daxili siyasətinə hesablandığını və İranı bölmək anlamına gəldiyini bildirib.

"ABŞ İrana sanskiya tətbiq etməyə peşman olacaq. Dünyada izolyasiya edilmiş vəziyyətdədirlər. İranın uşaqlarına, xəstələrinə və bütün ölkəyə sanksiya tətbiq edirlər. Sanksiya tətbiq edərkən müzakirəyə davam etməyin heç bir anlamı yoxdur. Müzakirə üçün şərtimiz qarşı tərəfin sədaqətini göstərməsi və nüvə razılaşmasındakı mövqelərinə geri dönməsidir. Bizim müzakirə üçün ön şərtimiz yoxdur”, - Ruhani deyib.

O, həmçinin bildirib ki, ABŞ prezidentinin ön şərtsiz görüşmə təklifinin məqsədi gələcək seçkilərdə Amerika ictimaiyyətinə təsir etmək və İranda qarışıqlıq yaratmaq məqsədi daşıyır.

İranın hər zaman müzakirəyə açıq olduğunu və bunun örnəyinin nüvə razılaşması olduğunu bildirən Ruhani "müzakirənin təməli sədaqətdir, masanı tərk edib sanksiya tətbiq edən biri ilə necə müzakirə edəcəyik? Əsl embarqolar 3 ay sonra başlayacaq. Avropa, Çin və Rusiya bizə gələcək embarqolara dirənmək sözünü verib” ifadələrini işlədib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiya tətbiq etməklə bağlı fərman imzalayıb. Sanksiyalar bu gündən etibarən qüvvəyə minib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.