SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
İki pilot arasında eniş davası: “Çıxışda gözləyirəm” Nəqliyyat
DÜNYA 20:40 / 06.08.2018

Türkiyənin Atatürk Hava limanında iki pilot arasındakı mübahisə dava ilə nəticələnib.

Xəbər verilir ki, buna səbəb təyyarələrdən birinin eniş zamanı qaydaları pozmasıdır.

Mübahisə Türk Hava Yollarına məxsus təyyarə eniş meydançasını tərk edərək parklama yerinə keçərkən yaşanıb. Onunla eyni vaxtda Atlas Hava Yollarına məxsus təyyarə enişi tamamladıqdan sonra sürətli şəkildə eniş meydançasını tərk edib. Bu zaman Atlas Globalın pilotu Türk Hava Yolları pilotuna dayanma xəttini keçdiyi ilə bağlı xəbərdarlıq edib. Tərəflər arasında mübahisə yaranır. Pilotlardan birinin "Çıxışda gözləyirəm” sözlərinə digər pilot "Görüşək, canım, görüşək”- deyə, cavab verib.

Rəsmilər hər iki pilotun davranışı və danışığı ilə bağlı araşdırma aparır.


144 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.