SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
14 Avqust 2018
Venesuela prezidentini öldürmək istədilər - Həmkarından şübhələnir+ Fotolar+ Video
DÜNYA 15:58 / 06.08.2018

Avqustun 5-də Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi edilib.

"Qafqazinfo”nun "Tass” agentliyinə istinadən verdiyi məlumata görə, Maduro Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı tribunaya doğru pilotsuz uçan aparat yönəlib. Lakin polisin çevikliyi nəticəsində PUA vaxtında zərərsizləşdirilib.

Hadisə nəticəsində ölkə prezidenti və digər yüksək vəzifəli şəxslər xəsarət almayıblar. 

Qeyd olunur ki, mərasimin bir neçə iştirakçısı yaralanıb.

N. Maduro onun həyatına sui-qəsd cəhdində kolumbiyalı həmkarı Xuan Manuel Santosu təqsirləndirilib. Bu barədə o, xalqa müraciətində bildirib. Venesula prezidenti həmçinin qeyd edib ki, insidentdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb

.



38 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.