SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
Bakı sakini tanışının evinə silahlı basqın etdi
HADİSƏ 12:39 / 06.08.2018
Bakıda evə basqın edilib.

Hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Bakı şəhər sakini Rüstəmbəyov Bəkir Mustafa oğlu tanışı Çingiz Oveys oğlu Qaçayın paytaxtın Yasamal rayonu, Ə. Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib.

Bu məqsədlə o özü ilə gətirdiyi çəkiclə Ç.Qaçayın və evdə xadimə işləyən Hüseynova Mətanət Ağayar qızının təpə nayihəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin salamlığına təhlükə yaradıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb. (Trend)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.