SON XƏBƏRLƏR
20 Oktyabr 2018
19 Oktyabr 2018
18 Oktyabr 2018
Ana və körpəsi niyə öldü? - Lənkəran Mərkəzi Xəstəxanasının AÇIQLAMASI Hadisə
HADİSƏ 13:16 / 04.08.2018

Bu gün səhər saatlarında Lənkəranda 1983-cü il təvəllüdlü Sadıqova Elnarə Rasim qızı və yeni doğulan körpəsi dünyasını dəyişib.

Regioninfo.az xəbər verir ki, faktı Trend-ə təsdiqləyən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimin köməkçisi Əbülfəz Məmmədov bildirib ki, ana qanaxma səbəbindən dünyasını dəyişib.

Həkim bildirib: "Elnarə Sadıqova qanda laxtalanma səbəbindən əməliyyat şəkilində doğuşa alınıb. Səylərə baxmayaraq, uşaq ölü dünyaya gəlib. Ana isə bu gün səhər saat 10 radələrində qanaxma səbəbindən dünyasını dəyişib".

Ə.Məmmədov bildirib ki, hüquq-muhafizə orqanları hazırda hadisə yerindədirlər, araşdırma aparılır.


58 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.