SON XƏBƏRLƏR
19 Dekabr 2018
18 Dekabr 2018
Bakıda mağazaya basqın: satıcı qadın 10 manata görə döyüldü
KRİMİNAL 12:43 / 04.08.2018

Bakıda 10 manata görə satıcı qadın döyülüb.

Trend-ə istinadən xəbər veririk ki, hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

Balaxanı qəsəbə sakini, 1993-cü il təvəllüdlü Talıbov Ceyhun Səftər oğlu, qəsəbənin P.Məmmədova küçəsində yerləşən mağazaya gələrək orada satıcı işləyən Mənzurə Şahbazovaya siqaret sifariş verib.

Qadın siqareti verərkən C.Talıbov onun baş nayihəsinə qəflətən yumruqla vuraraq kassada olan 10 manatı götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsilə (soyğunçuluq) cinayət işi başlanıb və C.Talıbov tutularaq istintaqa təhvil verilib.


165 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.