SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
Məşhur model özünü öldürdü - FOTO
DÜNYA 12:32 / 04.08.2018

Çərşənbə axşamı, avqustun 1-də bütün bədəni döymə ilə dolu olan kanadalı model Rik Cenest ölüb.

Xarici mətbuata istinadən xəbər veririk ki, daha çox Zombi oğlan kimi tanınan model Monreal şəhərində öz evində intihar edib. Zombi oğlan 15 yaşından çoxsaylı döymələri ilə məşhurlaşıb. O, bədənindəki əcaib şəkillər sayəsində hətta Ginnesin Rekordlar Kitabına düşüb.

Model Ledi Qaqa və bir çox məşhurların klipində çəkilib. Ledi Qaqa sosial şəbəkədə Rikin ölümünə münasibət bildirib:

"Dostum Riki Cenestin intihar etməsi sadəcə, dəhşətdir. Biz mədəniyyəti dəyişmək üzərində əzmlə çalışmalı, psixi sağlamlığa daha çox diqqət yetirməli və deyə bilmədiyimiz mövhumatdan xilas olmalıyıq. Əgər siz əziyyət çəkirsinizsə, elə bu gün ailəsinizə və ya dostunuza zəng edin. Biz bir-birimizi qorumalıyıq”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.