SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
Eyfel açılır - tətil müddətində bilet almış turistlər təzminat alacaq
DÜNYA 19:35 / 03.08.2018
Türkiyədə Antalyanın Alanya ilçəsində yerli əhalini təccübləndirən və eyni zamanda qorxudan hadisə baş verib.
Modern.az "Milliyet” nəşrinə istinadən xəbər verir ki, qırmızı ay tutulmasından sonra Çakallar məhəlləsindəki Karın gölü qırmızı rəngə boyanıb.
Yerli əhalinin sözlərinə görə göl ay tutulmasından əvvəl adi vəziyyətdə olub. Və yalnız ayın qırmızı rəngə boyanmasından sonra göl də rəngini qan qırmızısına dəyişib.
Hadisələrin üst-üstə düşməsi isə yeri əhalinin qorxmasına səbəb olub.
Bu qeyri-adi hadisəyə açıqlama isə Akdeniz Universiteti Su Məhsulları Fakültəsi müəllimi professor Dr. Mehmet Gökoğlu tərəfindən verilib.
Professorun sözlərinə görə bu adi hadisədir. Belə ki, göllərdə duzun həcmindən asılı olaraq sudakı planktonlar həyat şərtlərini dəyişdirərək qırmızı rəngə çevrilə bilirlər.
Gökoğlu bu cür hadisələrin Akdeniz (Aralıq dənizi) və ətrafındakı göllərdə zaman-zaman meydana gəldiyini vurğulayıb.
Onun sözlərindən bu hadisə ilə əlaqədar yerli əhali üçün heç bir təhlükə yoxdur.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.