SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
14 Avqust 2018
Jirinovskini qarət etdilər
DÜNYA 13:19 / 03.08.2018
Rusiyanın Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski, onun oğlu, deputat İqor Lebedev və Dövlət Dumasında RLDP fraksiyası sədrinin birinci müavini Vadim Denqin "Lurk” haker qrupu tərəfindən qarət ediliblər. Modern.az xəbər verir ki, müvafiq sənədi hakerlərin vəkili təqdim edib. Hüquq-mühafizə orqanlarına yaxın mənbələr haker hücumlarının baş verdiyini təsdiqləyiblər.
"Lurk” haker qrupunun üzvləri 2016-cı ildə saxlanılıblar. Onlar banklar və kommersiya təşkilatlarından 3 milyard rubl oğurlamaqda ittiham olunurdular.
2017-ci ilin sonlarında isə sözügedən cinayət işi üzrə adı keçən Konstantin Kozlovski bəyan etmişdi ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə ABŞ-ın Demokrat Partiyasının Milli Komitəsinin saytının dağıdılmasında və ölkə prezidentliyinə namizəd Hillari Klintonun şəxsi yazışmalarının mənimsənilməsində iştirak edib.

109 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.