SON XƏBƏRLƏR
18 Oktyabr 2018
17 Oktyabr 2018
16 Oktyabr 2018
Evdən 5 min manat oğurluq edən şəxs tutulub
KRİMİNAL 20:34 / 30.07.2018
İyulun 28-də Ağdaş rayon sakini N.Ə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək onun evindən 5 min manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilib.

Ə.Şirinov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib və dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

81 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.