SON XƏBƏRLƏR
19 Dekabr 2018
18 Dekabr 2018
Meşədə narkotik əkib-becərən saxlanıldı
KRİMİNAL 15:31 / 28.07.2018

Meşə sahəsində qanunsuz yolla narkotik yetişdirən Qax sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə polis əməkdaşları tərəfindən Qax rayonunun Almalı kəndində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Belə ki, kənd sakini, əvvəllər məhkum olunmuş Bəşarət Daşdəmirov Almalı kəndi ərazisindəki meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdiyi ümumi çəkisi 39 kiloqrama yaxın, hündürlüyü 114-178 sm olan olan 145 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


203 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.