SON XƏBƏRLƏR
19 Dekabr 2018
18 Dekabr 2018
Batumidə yaralanan şəxslərdən ikisinin Azərbaycan vətəndaşı olması xəbəri yanlışdır
KRİMİNAL 12:55 / 28.07.2018
İyulun 27-də gecə saatlarında Acarıstan Muxtar Respublikasının Batumi şəhərində mübahisə zəminində 4 nəfər bıçaqlanıb. Onlardan ikisinin azərbaycanlı olduğu iddia olunur.

Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, hadisə şəhərin "Əlifba Qülləsi” ("Başnya Alfavita”) adlanan ərazisində olub. Lakin yaralıların Azərbaycan vətəndaşı olması barədə məlumatlar düzgün deyil. Yaralanan şəxslərlə bağlı Batumi şəhər polisi, xəstəxanası və digər aidiyyəti orqanlardan baş konsulluğa da heç bir müraciət daxil olmayıb.

Bununla belə, baş konsulluq hadisəni diqqətdə saxlayır.

Məlumat üçün qeyd edək ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Cinayəti törətmiş şəxs saxlanılıb. Onu 7 ildən 15- ilədək həbs cəzası gözləyir.

129 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.