SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Aygün Kazımovanı gözəl göstərən HİYLƏ: “Hər səhər yuxudan duran kimi bir qaşıq...”
MƏDƏNİYYƏT-ŞOU 22:24 / 27.07.2018

Xalq artisti Aygün Kazımova gözəllik sirlərini paylaşıb.

Xəbər verilir ki, 47 yaşlı sənətçi çoxlarına maraqlı olan gözəllik ayinləri haqqında suallara cavab verib. Gündən-günə gözəlləşən artist etraf edib ki, hər səhər yuxudan duran kimi acqarına bir qaşıq zeytun yağı içir, daha sonra isə bir qaşıt bal udur:

"Meyvəni axşama saxlamıram, çünki tərkibində az da olsa, şəkər var. Hər bir qidanı təzə və çiy halda yedikdə təsiri və effekti daha çox olur. Duz, şəkər və spirtli içkilədən imtina etmişəm, həddən artıq qızarmış yeməklər yemirəm. Etiraf edirəm ki, əvvəllər səhhətimə, səsimə və gözəlliyimə mənfi təsir edən zərərli vərdişlərim olub. Artıq sağlamlığımın qeydinə qalıram, onları tərgitmişəm. bunun nəticəsində həm daxili orqanlarım, həm dərim, həm əhvalım mənə minnətdar olur, həm də məndən gələn enerji insanlara xoş təsir bağışlayır”.

Müğənni bildirib ki, həyatında radikal dəyişiklik etməyə keçən il öz doğum günündən sonra qərar verib:

"Ad günümdən sonra qarşımda böyük məqsəd var idi. Yaradıcılığımın 30 illiyini ölkəmizin ən böyük və ən çox arzuladığım səhnədə möhtəşəm konsert proqramı ilə qeyd etmək istəyirdim”.

Cazibədar sənətçinin sözlərinə görə, artıq həyatını yoqa və pilatessiz təsəvvür etmir. O, sonra adi hamam kisəsinin dəri üçün faydasından danışıb:

"Uşaq vaxtı anam məni kisələmək istəyəndə qışqırığım dünyanı götürürdü. Onda bilmirdim ki, düzgün kisələmək insan dərisi üçün bu qədər faydalıdır. Bu zaman dəri daha yaxşı nəfəs almağa başlayır".


222 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.