SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
14 Avqust 2018
“Nəticəni qənaətbəxş saymaq olar” - Qurban Qurbanov
İDMAN 10:39 / 26.07.2018
Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu "Kukesi”yə qarşı səfərdə keçirdikləri ilk oyunla bağlı fikirlərini bölüşüb.

"Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən görüşü belə şərh edib:

"Ağır oyun oldu, futbolçular çox güc sərf etdi. Səfərdə oynadığımız üçün belə nəticəni gözləyirdik. Rəqibimiz də meydanda olduqca intizamlı idi, qol buraxmaq istəmirdilər. Bir az fərqli sistemdə oynadılar. Məcburuq ki, cavab matçında dəyişikliklər edib qol vuraq. Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar. Bakıdakı oyunda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, cütün cavab görüşü avqusun 1-i, saat 21:00-da başlayacaq.

290 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.