SON XƏBƏRLƏR
18 Oktyabr 2018
17 Oktyabr 2018
16 Oktyabr 2018
Qanunsuz yolla əldə olunmuş odunları daşıyan sürücü cərimələndi - FOTO
ARAŞDIRMA 12:12 / 25.07.2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, reyd zaman Quba rayonu, Əski İqriq kəndi ərazisində "QAZEL” markalı "40-BN-228" dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3 kubmetr həcmində fıstıq cinsli girdə işlik meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Zülfüqar Muradov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 518 manat məbləğində ziyan tətbiq edilib.

93 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.