SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Trampdan növbəti qalmaqallı Qüds açıqlaması
SİYASƏT 10:10 / 25.07.2018

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Təl-Əviv səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı, "krallardan, dövlət başçılarından, diktatorlardan telefon zəngləri gəlirdi. Hamı zəng edirdi. Nə ilə əlaqədar olduğunu bildiyimdən, köməkçilərəmə tapşırırdım ki, onlara gələn həftə özüm zəng vuracağamı deyin. Sonra onlara zəng vurub, bu məsələdə niyə belə düşündüyünüzü bilmirdim, artıq çox gecdir söyləyirdim", - deyə bildirib.

Məlumata görə, Tramp bu barədə Kanzasda Müharibə Veteranları Milli Konqresindəki çıxışında danışıb.

Özündən əvvəlki prezidentlərin ABŞ səfirliyini Qüdsə köçürüləcəyi istiqamətində sözlər verdiyini, amma heç birinin bu vədi yerinə yetirmədiyini deyən Tramp, "bunun səbəbini anlayıram. Vaxtı gələndə və insanlar bu barədə dedi-qoduları duymağa başlayanda, mənə yalvaran, bunu etməməyimizi istəyən dünyanın hər tərəfindən, hər liderdən telefonlar zəngləri yağırdı. Haqlı olaraq mən də zənglərə heç vaxt cavab verməmişəm. Onlara Qüdslə bağlı qərarı verdikdən sonra zəng vurdum", söyləyib.

Tramp sələflərinə xaricdən Qüds məsələsində böyük təzyiq edildiyini deyib.

ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürməsinə ən çox xristian evangelistlərin sevindiyini bildirən Tramp, "bunu etdik. Bununla fəxr edirik. Kef eləyin", - söyləyib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.