SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Elmar Məmmədyarov: “Erməni tərəfi bunun üçün vaxt istəyib”
SİYASƏT 17:40 / 24.07.2018

"Erməni tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü məsələsində hələ qərara gəlməyib".

Xəbər veririk ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi brifinqdə deyib.

"Yüksək səviyyəli, yəni, baş nazir və prezidentin görüşünə gəlincə, Ermənistan tərəfi bunun üçün vaxt istəyib. İndiyədək aparılan danışıqlarda müzakirə olunan məsələləri, sənədləri öyrənmək istəyirlər”, - Azərbaycan xarici siyasət idarəsinin başçısı söyləyib.

Elmar Məmmədyarovun sözlərinə görə, nazirlərin növbəti görüşü planlaşdırılır:

"BMT Baş Assambleyasının iclası çərçivəsində, ya da ondan əvvəl görüşün olması barədə təklif var. Ancaq bundan tez də keçirilə bilər. Mən hər zaman demişəm ki, Azərbaycan tərəfi substantiv danışıqlara hazırdır. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.