SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
Xalq artisti 25 ildir doğum gününü qeyd etmir
MƏDƏNİYYƏT-ŞOU 11:30 / 24.07.2018

Ötən günü Xalq artisti Flora Kərimovanın77 yaşı olub.

Regioninfo.az xəbər verir ki, sənətçi bununla bağlı "Instagram” hesabında paylaşım edib və 25 ildir doğum günü keçirmədiyini yazıb:

"Bilirsiniz, bu gün həm də Ağdamın işğal günü idi. Gün ərzində çoxsaylı təbriklərinizi qəbul etdim, hər birinizə diqqətiniz üçün təşəkkür edirəm, ancaq doğum günüm Ağdamın işğal gününə təsadüf edəndən bəri qeyd etmirəm. Bunu özümə yasaq etmişəm.

Ad gününü qeyd etmək üçün insanın gərək ruhu sevinsin. 25 ildir ki, bu hissləri yaşaya bilmirəm. Ona görə də hər il 23 iyulu adi günlərdən biri kimi keçirirəm. Mənim üçün 23 iyul təqvimdə yoxdur. Belə bir gündə yaş günümü qeyd etmək mənə yaraşmaz.

Ağdamın azad olunmasını gözləyirəm. Bax, onda elə bir bayram edəcəyəm ki, səsi hər yana yayılacaq. İnşallah, o günü görəcəyəm, buna inanmaq istəyirəm”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.